Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vasif Səmranı tanımadı

Əməkdar artist Vasif Məhərrəmli “Eurovision” təmsilçimiz Səmra Rəhimlini tanımayıb.

Mynews.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində “Səmra brenddir” deyən ifaçıya belə cavab verib:

“Allah haqqı onu tanımıram, kimdir?”.

V.Məhərrəmli daha sonra başlayıb “brend” sözünün izahını verməyə:

“Hər hansı bir marka bir-iki aya brendləşmir. Müğənni də işi ilə brendləşir, zaman alır bu da. Vasif Məhərrəmli, Röya, Aygün Kazımova, Nadir Qafarzadə, Ədalət Şükürov brendləşmiş müğənnilərdir. Burada mən bütün müğənnilərin yerinə danışıram”.

Sənətçi daha sonra ifaçıların maddi durumundan danışıb:

“Müğənni heç milyonçu da deyil. Heç birinə milyonçu deyə bilməzsən. Onların təsəvvür etdiyiniz qədər var-dövləti yoxdur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...