Afaq Aslandan yeni CƏSARƏTLİ FOTOLAR - “Utancağam” - VİDEO
Azərbaycanlı müğənni Afaq Aslan uzun müddətlik susqunluğunu pozub.
Mynews.az bakuws-ə açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Tural və Toğrul qardaşlarına, aranjimanı Elvin İmanova məxsus “Söylə” adlı mahnı yazdırıb:
“Bir çoxları deyirlər ki, Afaq Aslan adı gələndə qalmaqal yada gəlir. Bu əsla belə deyil. Mən daim yaradıcılığım üzərində işləmişəm. Hər il yeni mahnılar, kliplər təqdim etmişəm. Bəzi əməkdar, xalq artistlərindən çox layihələr təqdim edirəm. Sadəcə bu sənətdə məni gözü götürməyənlər çoxdu. Elə həmin insanların acığına bu gün “Söylə” adlı mahnımı da dinləyicilərin ixtiyarına verdim. Məni tənqid edənlərə demək istəyirəm ki, siz məni müzakirə etməkdə davam edin. Heç vecimə də deyilsiz”.
A.Aslan daha sonra bildirib ki, yeni fotosessiya da etdirib: “Hər zaman cəsarətli fotolarımla diqqət çəkmişəm. Bu da mənim tərzimdir. Özümü hər zaman hansı obrazda görmüşəmsə, o obrazı da canlandırmışam. Əslində mən adi həyatda çox utancaq biriyəm. Səhnədə geyindiyim geyimləri adi həyatda geyinə bilmərəm. Əslində yeni şəkillərim müzakirələrə səbəb olacaq. Obrazım üzərində modelyer Adiqo və Mətanət çalışıb. Fotolarımı isə fotoqraf Azik çəkib. Hər birinə təşəkkür edirəm”.
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 976 dəfə oxunub
- Emin Ağalarov söz verdi 976 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 974 dəfə oxunub