Efirdə dava düşdü - “Bir zənglə səni bu kameraların önündən götürdərəm” - VİDEO
"Mən şərəfimi 100 min manata sığorta etdirmişəm, məni söyə bilməzsiniz”
"ARB” telekanalında yayımlanan "Sirdaş Rövşanə” verilişində qalmaqal yaşanıb.
Aparıcısı Rövşanə olan verilişdə qonaq qismində ekstrasens Bayram Nurlu və digər ekspertlər arasında söz davası yaşanıb.
Kulturoloq Aydınxan Əbilovun fırıldaqçı ekspertlər barədə söhbət açmasından sonra özündən çıxan Bayram "sizsiniz fırıldaqçı”- deyərək ekspertlə davaya başlayıb.
Bayram həmçinin bildirib ki, o şərəf və ləyaqətini 100 min manata siğortaladıb.
"Məni başqa falçılarla səhv salma. Bir zənglə səni bu kameraların önündən götürdərəm” sözləri ilə o Aydınxan Əbilovu təhdid edib.
Kulturoloq da ekstrasensə "Mən sənin üçün uşaq olmamışam, ay gədə”- deyərək cavab verib.
Aparıcının efirdəki qonaqları sakitləşdirmək cəhdlərinə baxmayaraq Bayram Nurlu verilişin texniki heyətinə "telefonumu verin, polisə zəng edəcəyəm” – deyə, səsini yüksəldib.
Mübahisələrə qoşulmamağa çalışan parapsixoterapist Qalib Dursun sakitcə efiri tərk edib.
Həmçinin, Bayram "gədə” sözünə görə Əbilovu məhkəməyə verəcəyini bildirib.
Minval.infoMaqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 980 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 946 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 936 dəfə oxunub