Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Eurovison 2018"də finala çıxan ölkələr - VİDEO

Bu gün “Eurovision 2018”in ikinci yarımfinalı keçirilib.

Mynews.az xəbər verir ki, səhnəyə çıxan 18 ölkədən 10-u finala vəsiqə qazanıb. Bunlar: Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya və Niderlanddır.

Birinci yarımfinalda finala çıxmış ölkələri də nəzərə alıb mayın 12-si səhnə alacaq iştirakçıların siyahısını təqdim edirik: Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya, Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya, Niderland, İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa və Portuqaliya.

Qeyd edək ki, 10 ildir “Eurovision”da iştirak edən Azərbaycan ilk dəfə bu il finala keçə bilməyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...