Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Sənəti yiyələnməyib, altlarında maşın olanlardı" - Münəvvər əsəbiləşdi - VİDEO

Əməkdar artist Münəvvər Əliyeva gənc aktrisaları tənqid edib.

Mynews.az-ın məlumatına görə, aktrisa bu haqda “Bizimləsən” proqramında danışıb. O, gənc aktrisaları qeyri-peşəkar adlandırıb:

“Keçən dəfə bir verilişə dəvət etmişdiniz. Bizimlə üzbəüz oturanlar sənəti yiyələnməyən, amma altlarında maşın olanlar idi. Pul buraxıb film çəkdirirlər. Bu tərəfdə isə ömrünü sənətə həsr edənlər idi. Xalq, əməkdar artistlərdi, altlarında maşınları yox, metro, marşrutla gedirlər. Orada acınacaqlı veriliş idi. Qarşımızda oturan model aktrisalar necə danışırdılar. Onlara baxanda az qalırıq qarşılarında baş əyək”.

Qeyd edək ki, "Bizimləsən" proqramının aylar əvvəlki buraxılışında xalq artisti Kybra Əliyeva, əməkdar artist Mehriban Xanlarova, aktrisa Münəvvər Əliyeva və gənc aktrisalar Pərvin Abıyeva, Natavan Əfəndiyeva, Fidan Axundova qonaq olmuşdular.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...