Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Hələ qohum-əqraba görməyib o filmi" - Günay - VİDEO

“İkinci Pərdə” filimində bir səhnə var idi. Yoldaşı pənəcərdən o hadisənin hamısını görməli idi. Mənim rejissordan xahişim oldu ki, o səhnəni çıxarsınlar”.

Mynews.az-ın məlumatına görə, bu sözləri aktrisa Günay Əhməd ARB TV-nin “Boş anlar” verlişində deyib. 

O, rol aldığı “İkinci pərdə“ filmindəki açıq-saçıq səhnələrdən danışıb:

“Hələ ondan sonrası da var. Ər gəlir evdə onların ikisini tutur. Məqam oldu ki, həmkar dostlarım mənə dedilər ki, o filmə çəkilmə, sən sonra Azərbaycanda yaşıya bilməyəcəksən. Rejissora zəng etdim və dedim ki, Emil, tapa bilirsənsə başqa aktirsa tap. Mən özüm də sənə köməklik edərəm. Tapa bilməsən mən burdayam. Amma mən qorxuram. Filmin baxış sayı çox təəssüf ki, az oldu. Mənə elə gəlir ki, film artıq “Youtube”a yerləşdirləndən sonra sorağı daha çox yayılacaq. O təpkiləri ondan sonra gözləyirəm. Çünki hələ qohum-əqraba görməyib o filmi".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...