Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Mənə haqsız yerə toxunanlarla ..." - Məleykə Əsədova

Xəbər verdiyimiz kimi, xalq artisti Məleykə Əsədova ilə Ramiz Məlik arasındakı məhkəmə prosesi başa çatıb.

Mynews.az-ın məlumatına görə, R.Məlik qarşı tərəfə uduzub və ona 1000 manat təzminat ödəməlidir.

Əsədova sosial şəbəkədə paylaşım edərək bunları yazıb:

“Həyatda bir fidan əkmədən bar yemək istəyən ancaq quru budaq qazanar. Hər kəs ki, fidanlar əkər, bəsləyər, böyüdər ən gözəl dadı öz əliylə dərər yəyər. Həyat gözəldir. Şeytan hər nə qədər pisliklər göstərsə də, mən həyatı sevirəm və gözəllikləri görməyə davam edəcəm.

Tanrım bütün yaratdıqlarını sevir, eynən məni də. Kim nə edir etsin, pisi də özünündür, yaxşısı da. Gözəl Allahım, milyon şükür olsun sənə. Hər bir şeyi görən, bilən Allahım hər birimizin ürəyinə görə ver. Mənə haqsız yerə toxunanlarla özün bil”.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...