Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xuraman Şuşalının evi

Müğənni Xuraman Şuşalı “Evdəkilərə salam” verilişini evində qonaq edib.

Mynews.az-ın məlumatına görə, sənətçi uzun illər depressiyada olduğunu söyləyib:

“4 ildir anamı itirmişəm. İndi-indi depressiyadan çıxıram. Anladım ki, övladlarım var, ayaqda qalmalıyam"ş

Xuraman qardaşının ona hər zaman dəstək olduğunu söyləyib:

"Elçilərim gələndə qardaşım onlara dedi ki, Xuraman brenddir. Onu tanıyıb bilməlisiniz. Unutmayın ki, aldığınız müğənnidir. Haqqında nəsə desələr, gəlib etiraz etməyin".

Sənətçi daha sonra hicab bağlaması ilə bağlı sualları cavablandırıb. o bildirib ki, bunu həyat yoldaşının yox, özünün istəyi ilə edib:

"Hicab bağlamağı yoldaşım istəyirdi. Amma özümün belə addım atmağımı gözləmirdim. İstəyirdim "əməkdar artist" adı alım, Həcc ziyarətinə gedim, hansısa böyük şirkətin rəhbəri olum sonra hicaba keçim. Amma qəfildən belə qərar verdim".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...