Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Kişilər qadınlardan sui-istifadə edirlər" - Səidə Sultan

Müğənni Səidə Sultan kişilərlə bağlı tənqidlər səsləndirib. 

Mynews.az-ın məlumatına görə, sənətçi "Xüsusi layihə" proqramında bildirib ki, kişilər hər zaman qadınlardan istifadə etməyə çalışırlar:

“Kişinin xanıma qarşı münasibəti ciddi olmalıdır. Qeyri-ciddidirsə, bunu deməlidir. İndiki dövrdə kişilər qadınlardan sui-istifadə edirlər.  Çox qızlar evlilik adı ilə görüşürlər və sonda oğlan deyir ki, bağışla, məni evdən başqası ilə evləndirirlər. 

Heç vaxt ailə qurmaq həvəsində olmamışam, bunu önəmli saymamışam. Bacılarım evlənəndən sonra ailə mənim üçün maraqlı olmağa başladı. Arzu etmişəm ki, sevdiyim birinə ərə gedim.

Düzdür, mənimlə evlənmək istəyənlər olurdu, lakin onlara qarşı bir hissim yaranmırdı. Alan məni olduğum kimi qəbul edəcək. Haqqımda pis danışanların özləri işlərini gizli görürlər. Bəlkə də, onların elədiklərinə ağzı açıq baxaram. Hər kəsi olduğu kimi qəbul etmək lazımdır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...