Toliklə Günel arasında - QALMAQAL
Müğənni Günel Ələkbərova ilə prodüser Tarix Əliyev (Tolik) arasınbda qalmaqal yaşanıb. Mynews.az-ın məlumatına görə, Günelin “Türkiyədə Zeynəb Xanlarova ilə Günel Zeynalovadan başqa məşhurumuzu tanımırlar” sözlərinə Tolik sərt cavab verib. Onlar "İnstagram"da bir-birilərinin ünvanına tənqidlər yağdırıblar.
Tolikin “Ay Günel, səni təki Bakıda tanısınlar. Hər çıxan kiməsə söz atır, özlərini heç Bakıda tanıyan yoxdur, o ki qaldı Türkiyədə... Yaman Türkiyəyə gedənlərin daşı ağır olub” sözlərinə Günel belə cavab verib:
“Ay Tolik, sən Allah bağışla, gələn dəfə mənə sual veriləndə cavab verməzdən əvvəl səndən icazə alaram, ağsaqqal... Deyirəm, hər mövzuda da ortaya atılmasan olmaz. Mən hər çıxan deyiləm, sən Almaniyada “qıy” vuranda, mən artıq müğənni idim. 2013-cü ildən... Azərbaycanda da yetərincə tanınıram və bəziləri kimi pullar töksəydim dünya ulduzu olardım. O ki qaldı başa daş düşmə məsələsinə, sən yaxşı bilirsən ki, mənim daşım necə ağırdır. Ona görə də üzümə gülüb məni çox yerlərdən burublar”.
Onun bu sözlərinə prodüserin də cavabı gecikməyib: “Günel, sən hələ piar olunmağın yollarını öyrən ki, jurnalistlərə öz materiallarını yollayıb, paylaşmalarını xahiş etmə. İndi deyirəm, sən, nə vaxtsa ulduz olmusan. Birdə ki, mən sənin ətrafındakılardan fərqli olaraq, “qıy” vurmamışam. Anam Almaniyada yaşayır, mən isə cəmi iki il olmuşam. İndi Azərbaycandayam, 100 müğənnidən çox iş görmüşəm. Adım da bəziləri kimi lazımsız yerdə hallanmır. Məni bəzi prodüserlərlə səhv salma. Kimisə aparıb, kiminsə yanında yemək yeməmişəm”.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub