Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı müğənnilərin milyonluq villalarının SİYAHISI - Su kimi axan pullar... - VİDEO - FOTOLAR

Bəzi azərbaycanlı müğənnilərin sosial şəbəkələrdə və televiziyalarda nümayiş etdirdiləri dəbdəbəli evlərini təqdim edirik.

Tanınmış müğənni Günel Məhərrəmova sosial şəbəkələrdə villasının şəkillərini paylaşıb.

Sənətçi müğənniliklə yanaşı, evlərin alqı-satqısı ilə də məşğul olur. 

Əməkdar artist Ədalət Şükürov bağ evində həmkarlarına qonaqlıq verib.

Dəvət olunanlar arasında İradə İbrahimova öz ailəsi ilə, vizajist Nigar İbrahimova, Vasif Məhərrəmli, Elnur Məmmədov, Ceyhun Qala, telaparıcı Xədicə Sənanqızı və başqaları olub.

"ATV Magazin Onlarla" verilişi  Xalq artisti Səməd Səmədovun Fatmayıda yerləşən bağında çəkiliş edib.

Müğənni Elnur Məmmədov yaşadığı evin fotolarını yayıb

İfaçı evində çəkilmiş şəkillərini İnstaqram səhifəsində paylaşaraq,"Ev hər yerdən gözəldi" qeydini yazıb.

Əməkdar artist Abbas Bağırov “Evdəkilərə salam” verilişinin çəkiliş heyətini Gəncədəki ata evində qonaq edib.

Evində çəkilişləri sevməyən müğənni ilk dəfə lüks villasının qapısını çəkiliş üçün açıb.

Müğənni Aysel Əlizadə özünə yeni ev alıb.

O, Novxanıda tikdirdiyi villada ilk dəfə olaraq "Evdəkilərə salam” verilişində göstərib.

Müğənninin qonağı olan sənət dostları mənzildən fotoları sosial şəbəkədə paylaşıblar.

Azərbaycanlı xanım müğənni özünə villa tikdirdi - FOTOLAR
Azərbaycanlı xanım müğənni özünə villa tikdirdi - FOTOLAR
Azərbaycanlı xanım müğənni özünə villa tikdirdi - FOTOLAR
Azərbaycanlı xanım müğənni özünə villa tikdirdi - FOTOLAR

Müğənni Rəqsanə İsmayılova yeni villa tikdirib. 

Sənətçi Nardaranda tikdirdiyi evin fotolarını sosial şəbəkədə paylaşıb. 

İfaçı bir müddətdir təmir işləri aparılan mənzilin hazır olduğunu vurğulayıb. 

Qeyd edək ki, Rəqsanə bir müddət əvvəl bağ evinin tikildiyini deyərək, şəkillərini yaymışdı.

Müğənnilər Musa Musayev və Təranə Qumral "ARB TV"nin "Evgördü" verilişinə qonaq olublar.

M.Musayev evləri haqqında danışıb:

"Evin dizaynını özümüz eləmişik. Tavanda 8 guşəli ulduz əks olunub. Bayrağımızın rənglərini həkk etdirib, ay və ulduz düzəltmişəm. Evdə şəkilləri sevirik. Sənət adamının bağ evi də, villası da olmalıdır. Bütün dünyada müğənnilər yaxşı yaşayırlar. Sadəcə bizdə yaxşı qarşılanmır. 40 ildən çoxdur sənətdəyəm. Biz də yaxşı yaşamalıyıq. Balalarımız üçün qoyub gedəcəyik, onlar üçün yaşayırıq. Təranəyə qədər çox diqqətsiz idim. İndi hər şeyə fikir verirəm. Məndə çox səhv tutur. Evdə əsasən mənim sözüm keçir".

T.Qumral isə hər gün dalaşdıqlarını bildirib:

"Hər gün qırırıq bir-birimizi. Çox dalaşırıq. Bu da bir-birimizə istəyimizdən irəli gəlir. Səhnədə müğənniyəm, evdə evimin xanımıyam".

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...