Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azər Zahid ikinci dəfə ata oldu - VİDEO

Aparıcı Azər Zahid ikinci dəfə ata olub. Mynews.az-ın SİA-ya istinadən məlumatına görə, aparıcının oğlu dünyaya gəlib. O, 5 günlük oğluna Uğur adı qoyub.

Azər yeni doğulmuş körpəsi ilə videosunu paylaşaraq "Mənim ürəyim, mənim həyatda uğurum! Dilək qızımın qardaşı ona uğur gətirsin! Uğurun Diləkləri həyata keçsin!" qeydini yazıb.

Xatırladaq ki, bu, A.Zahidin ikinci nikahından olan oğludur. O, ilk dəfə həmkarı Vüsalə Əlizadə ilə evli olub və bu nikahdan Dilək adlı bir qızı var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...