Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təranə Qumralın həbs olunacağı xəbərinə CAVABI: Danışmaq istəmirəm

Tanınmış müğənni Təranə Qumral (Təranə İbrahimova) qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli şəkildə icra etməməkdə təqsirlədirilir. 

Mynews.az xəbər verir ki, Milli.Az 3 ilədək azadlıqdan məhrum edilə biləcəyi deyilən xanım müğənni ilə əlaqə saxlayıb.

T.Qumral criminal.az-da yayılan bu xəbərlə bağlı danışmaqdan imtina edib, "O barədə heç nə danışmaq istəmirəm" deyərək telefonu söndürüb.

Qeyd edək ki, işin baxılması Nərimanov Rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilib. İş üzrə zərərçəkənlər müğənni Nazənin Salayeva, Məhəbbət Həsənov və Pərviz Abbasovdur. Məhkəmənin hazırlıq iclası mayın 29-a təyin olunub. 

Zərərçəkənin vəkili Ceyhun Yusifov faktı təsdiqləyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...