Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səidə Sultan "Məndən hər şey gözləyin" - FOTO + VİDEO

Müğənni Səidə Sultan bu gün media nümayəndələri ilə bir araya gəlib. 

Mynews.az xəbər verir ki, ifaçı tədbirə deyilən vaxtdan bir az gec qatılıb.

Üzrxahlıq edən Səidə rəqs edərək, jurnalistlərin könlünü alıb. 

Daha sonra sənətçinin Mirbağır Bağırzadənin “Bağışla” mahnısına çəkdirdiyi klip nümayiş olunub. 

O, özünü korifey sənətkarlara oxşatmaq istədiyini deyib:

“İdeya özümündür. Modelyer Elnarə Bəkirovaya, stilist Anar Ağakişiyevə, operator Elvinə təşəkkür edirəm. Klipə baxanlar deyir ki, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Elmira Rəhimovanı xatırladıram.

O dövrün xanımları bir başqa idi, mən də onlara bənzəmək istədim. Amma yenə də Səidəyəm. Bu cür mahnıları az oxuyuram. Oxuduqlarım da öz sözünü deyir”.

İfaçı yeniliklərindən də danışıb: 

“Artıq işlərimə start vermişəm. Məndən hər şey gözləyin. Bundan sonra bir klipimiz var, orada başqa Səidə var. Təəccübləndirəcəyəm. Hamı kimi, eyni tərzdə olmağı sevmirəm”.

Konsert verməsi ilə bağlı sualları cavablandıran Səidə sponsorunun olmamasından şikayətlənib:

“Özümü konsert verməyə hazır hiss edirəm. Ancaq maliyyəm yoxdur. Dostlarım kömək edir. Hər şeyi öz gücümə edirəm. Yaxşı bir sponsor, işini bilən adam olsa, konsert verərəm. Əslində, insanlar “sponsor” sözündən qorxurlar. Amma vallah, elə qazanmaq olar ki, sadəcə, hər kəs qorxub, arxaya çəkilir.

Allah o müğənnilərin üzünü qara eləsin ki, aləmin içində lazım olmayan sözləri yaydılar. İndi “sponsor” deyən kimi, hamı ağzını əyib baxır. Ancaq hər kəs elə deyil axı. Düz ol, yaxşı ol, sənin işin də gözəl gedəcək. Özün pissən, hamını da elə görürsən. Vaxtında elə ediblər ki, sponsorlar geri çəkilir”.

Daha sonra ailə qurması ilə bağlı sualları cavablandıran Səidə bildirib ki, kişilər onunla yola getmir:

“Bu haqda danışmaqdan zəhləm gedir. Hər dəfə bununla bağlı suallar ünvanlayırlar. İnsanlar da bu xəbərdən beziblər. Deyirlər, gedirsən, get, getmirsən, gözümüz aydın. Özüm də bu haqda xəbərlərə qıcıq oluram. Hələ ki, ağ atlı, ağ “Porsche”li oğlanı gözləyirəm. Zarafat bir yana, bu işlər qismətdən asılıdır.

Kişiləri çox qınayıram deyə, mənimlə dolanmırlar. Deyirlər ki, kişi kimi hamı ilə dalaşıram, ona görə də tək qalacağam. Amma yaxşı kişiyə can qurban. Həyat xanımların qarşısına öz qismətini yetirsin ki, sonra peşman olmasınlar.

Elə olur ki, sonradan etdiyin hər şeyi vurur başına. Mənim də peşman olduğum vaxtlar olub. İllərimə peşman olmuşam”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...