Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aygün qalmaqal yaradan paylaşımından danışdı - "Mən ucaldım..."

Xalq artisti Aygün Kazımovanın İnstaqramında paylaşdığı “W-trio” qrupunun keçmiş görüntüsü qalmaqala səbəb olmuşdu.

Mynews.az Axşam.az-a istinadən məlumatına görə, görüntüdə müğənninin küsülü olduğu Röya Ayxan, sənətçilər Natavan Həbibi və Elnarə Xəlilova yer almışdı. R.Ayxan videoya sərt reaksiya vermiş, etirazını bildirmişdi.

Kazımova “ATV maqazin onlarla” verilişində paylaşımından danışıb. O, bununla bağlı suala belə cavab verib:

“Kimdə var bu ürək? O ürək ancaq məndə var. Vaqif Gərayzadəmizin ad gününü təbrik etdim. Hamını işarələdim, böyük hörmətlə, sevgi və sayqıyla. Baxışlar müxtəlifdir. Kim isə orada ancaq gözəllik gördü. Amma kim isə orada bir vergül var və o bir az əyri qoyulub... Gözü ona sataşdı. O boyda böyük şeyi görmədin? Gördüyün o balaca vergül idi? Doğrudan da, gözəl şeyləri görməyi bacarmaq lazımdır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...