Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Damlaya qadağa qoydurmağa çalışır"

Əməkdar artist Elza Seyidcahanla prodüser-aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb.

Mynews.az-ın məlumatına görə, müğənninin “ATV maqazin onnlarla” verilişində Damlanın fotosunu cırması və onun mahnısına qulaq asmadığını deməsinə Tolik sərt cavab verib. 

Prodüser Seyidcahanı "Hər şey daxil" verilişinə çağırdığını, amma qarşı tərəfin imtina etdiyini söyləyib:

“Bizim verilişə gəlmək istəmədi. Dünən zəng edəndə birinci razılaşdı. Sonra dedi ki, efirdə əsəbiləşirəm, ailəm narahat olur. Amma başqa bir kanalda məni müzakirə edib. Mənim şou-biznes haqda söz bazam var. Üzeyir Hacıbəyov ölüb, amma onun musiqiləri yaşayacaq. Siz bu gün bütün gənclərin başına Üzeyir Hacıbəyovun mahnılarını vuracaqsız? Bəlkə, siz heç himnimizi bilmirsiz. Bura gəlməməməyi bəhanə edib, başqa kanallarda məni müzakirəyə qoymayın. Başqa kanallara gedib Damlaya qadağa qoydurmağa çalışırsınız. Sonra da evinizə çağırıb ona mahnı vermək istəməyiniz nə qədər düzdür? Bu gün onun arxasınca bir ordunun getməsi mənim yox, sizin günahınızdır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...