Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ruhi: "Onu övladlarıma görə bağışladım…" - FOTOLAR

Tanınmış biznes-ledi Ruhi Əliyeva "5-ci element" verilişinin qonağı olub.

Məşhur xanım şouda maraqlı və səmimi açıqlamaları ilə yadda qalıb.

Ruhi Əliyeva bildirib ki, müğənnilik peşəsinə ciddi yanaşmayıb:

"Əvvəllər mahnı oxumağım, səhnəyə gəlməyim həvəs idi. Çox sevinərək sənətə gəldim, sevdiyim sənətkarlar var idi ki, əlçatmaz və toxunulmaz olduqlarını düşünürdüm. İncəsənətə gələndən sonra onlara yaraşmayan və xoşgəlməz şeylərlə rastlaşdım ki... Çox heyif! Kaş ki, bu olmazdı. Səsimin olmasına şübhəm var.

Şübhəm olmasaydı peşəkar səhnədə olardım. Məşqlərə belə getmirdim. Bu sənətə ciddi baxmırdım. Mənə elə gəlir ki, mahnılarımla yox, özümlə sevildim. O qədər güclü səsim yoxdur ki, insanlar məni mahnılarıma görə sevsinlər".

Biznes-ledi oğlanlarını şou-biznesdən qoruduğunu qeyd edib:

"Göz yaşlarımı çoxdan yığışdırmışam. Uşaqların yanında ağlamağı sevmirəm. Bir dəfə kinoya baxıb çox təsirlənmişdim, ağlamışdım. Məhəmmədlə Həsən iki-üç gün özlərinə gələ bilmədilər. Mən onlardan hər bir şeyi gizlədirəm. Yaxşı əhval-ruhiyyəm olmasa, onlara bunu göstərmirəm.

Nə qədər sevgim varsa, onlara verirəm. Oğlanlarımı şou-biznesdən, mediadan qoruyuram. Üç yaşından bağçaya gedirlər. Artıq məktəbə hazırlaşırlar. Mən gələcəyə iki əsgər böyüdürəm. Onlar mənim yanımda ağlamırlar".

Əliyeva ana olduqdan sonra çox dəyişdiyini söyləyib:

"Ana olandan sonra çox dəyişdim. Mənə elə gəlir ki, ana olan insan pis düşünə bilməz. Bəlkə də, əvvəl belə düşünə bilərdim. Ancaq övladlarım olandan sonra bu hisslər yox oldu. Qarşımda həyatımı qurban verdiyim oğlanlarım var. Onlar məndə böyük sevgi yaradıb.

Düşünürdüm ki, onu insanı bağışlaya bilmərəm. Amma onu oğlanlarımın sevgisi sayəsində bağışlamışam. Demək ki, o insana sevgimi yaradıblarsa, hörmətim varsa mən heç kimə pislik edə bilmərəm".

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...