Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aktyorla görüş zamanı yaranmış izdihamda bir nəfər ölüb

“Bollivud kralı” adlandırılan Hindistan kinosunun ulduzu Şahrux Xan ilə görüş zamanı yaranmış izdihamda bir nəfər ölüb.

Bu barədə Mynews.az Report-a istinadən xəbər verir.

Aktyor baş rolda oynadığı “Zəngin” filminin təqdimat turu çərçivəsində Qucarat ştatında Vadodara şəhərinə səfər edib. Fanatlarla görüş vağzalda keçirilib. Şahrux Xan qatarla gəlib və vaqondan düşmədən qapıda avtoqraf paylamaqla kifayətlənib.

Aktyorun olduğu qatar hərəkət edəndən sonra fanat kütləsi çıxışa tərəf istiqamətlənib. Nəticədə basırıq yaranıb və Fərid Xan Pathan adlı şəxs nəfəs çatışmazlığından boğularaq ölüb.

Aktyor mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, 51 yaşlı Şahrux Xan Bollivudun ən məşhur aktyorlarından biri hesab olunur. O, 70-dən çox filmə çəkilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...