Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Daha bir iştirakçı əlini səhvən maşından götürdü - VİDEO

Daha bir iştirakçı "Maşın" şouda səhvən əlini maşından çəkib.

Mynews.az xəbər verir ki, bu, aparıcı Fira Cəlilovadır. Belə ki, o, ötən gün yayımlanan oyunda əlini qəfil çəkib, daha sonra çevrilərək əlini maşının üzərinə qoyub.

Görüntülər bu günki veriliş başlayar-başlamaz efirə verilib və Fira şoudan gedib. O, bu hadisəyə təəssüflənmədiyini, olanları qismətə bağladığını deyib.

Qeyd edək ki, verilişin ilk buraxılışında meyxanaçı Ələkbər Yasamallı da əlini maşından çəkmişdi. Sözügedən görüntülər sosial şəbəkədə və mediada yayılandan sonra meyxanaçı oyundan uzaqlaşdırılmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...