Azərbaycanlı müğənninin konsertində - SİLAHLI İNSİDENT
Bu gün gecə saatlarında Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk şəhərində yerləşən "London" barında Azərbaycan əsilli müğənninin konserti zamanı atışma baş verib. Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir. Qeyd olunur ki, bu gün səhər şəhər xəstəxanasından polisin növbətçi hissəsinə hadisə barədə məlumat daxil olub. Səhər saatlarında xəstəxanaya döş qəfəsindən odlu silah yarası almış 28 yaşlı gənc gətirilib. "Zapad" İnformasiya Agentliyi yazır ki, münaqişə kafenin azərbaycanlı sahibi ilə direktoru arasında qeydə alınıp. Azərbaycanlı avtomobilindən yivsiz lüləli tüfəng götürərək havaya atəş açıb. Direktor isə cavabında onu travmatik tapança ilə hədəfə alıb. Mülkiyyətçi, öz növbəsində döyüş patronu ilə doldurulmuş tüfəngini insanların toplaşdığı əraziyə tuşlayıb. Nəticədə qarşı tərəf güllə yarası alıb. Bu gecə bara çoxlu sayda insanın toplaşmasına Azərbaycan əsilli 25 yaşlı müğənni Elbrus Canmirzəyevin çıxışı olub.
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 960 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 949 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 946 dəfə oxunub