Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağır qəza keçirən məşhur müğənnimizin həyat yoldaşı danışdı - "Vəziyyəti..." - FOTO

Müğənni Elton Hüseynəliyev qəzaya düşüb.

Hadisə bu dəqiqələrdə Bibiheybət yolunda baş verib. 

Sənətçinin həyat yoldaşı Tamilla xanım “Qafqazinfo”ya hadisəni təsdiqləyib. Bildirib ki, hazırda yoldadır, xəstəxanaya gedir:

“Özü ilə danışmışam, 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır. Vəziyyəti kafidir. 

Ancaq qəzanın necə baş verməsi, hazırda səhhətinin tam necə olması ilə bağlı məlumatım yoxdur”.

***

Avtosfer.az-ın məlumatına görə, müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...