Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı aktrisa ölümü ilə Türkiyənin ən reytinqli serialına DAMĞA VURDU - VİDEO

TRT-nin sevilən serialı “Diriliş Ərtoğrul”da çəkilən azərbaycanlı aktrisa Könül Nağıyevanın ölüm səhnəsi mövsüm finalına damğa vurub.

Mynews.az xəbər verir ki, serialda monqol casusu Alanqoya (Almıla Xatun) xarakterinə həyat verən aktrisa mövsüm finalında öldürülüb.

Ərtoğrulun düşməni Noyanın bacısı Alanqoya xarakterini canlandıran Nağıyeva seriala 116-cı bölümdə daxil olmuş və döyüşçü qadın rolu ilə diqqətləri üzərinə toplamağı bacarmışdı.

Noyanın bacısı olduğu üzə çıxan Almıla Xatun Ərtoğrul və anası Hayme Xatun tərəfindən 121-ci seriyada tələyə düşürülür. İfşa olduğunu anlayan Almıla Xatun əlində xəncərlə Heyme Xatuna yaxınlaşmaq istəyəndə Ərtoğrul içəri girir. Almıla Xatun çaşıb qalır və Hayme Xatun beşikdə gizlətdiyi qılıncla onu öldürür.

Serialda mənfi xarakterindən dolayı bir çox tamaşaçının nifrətini toplasa da, Almıla Xatunun göstərdiyi aktyorluq məharəti qardaş ölkədə böyük rəğbət toplayıb. Həmyerlimiz haqqında Türkiyənin ən nüfuzlu mətbuat orqanlarında məqalələr yayımlanıb.

Seriala vida edən aktrisa təəssüratlarını bölüşüb:

“Gözəl insanlar rəyləriniz və diləkləriniz üçün çox təşəkkür edirəm. Roldan dolayı sinirlərinizi bir az pozdum. Amma sayənizdə çox motivasiya və şad oldum. Alanqoyanı sevmək çətindir, amma onun inandığı xarakteri var idi, ona haqq verərək və sevərək oynadım”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...