Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Roza onu nəvələrini görməyə göndərdi

8 iştirakçı ilə davam edən "Maşın" realiti-şousunda səsverməyə bu gün müğənni Roza Zərgərli çıxıb.

Mynews.az xəbər verir ki, ifaçı üzünü tamaşaçılara tutaraq "10 gün ərzində mənə sevginizi göstərdiniz, indi də sevginizə ehtiyacım var" deyib.

Zərgərli qalib gələrsə, oyundan xanım iştirakçılardan birini uzaqlaşdıracağını söyləyib.

Şounun gedişində sənətçi Aytən Səfərova ilə mübarizəyə başlayıb. O, hədəf kimi Pərvin Abıyeva və Aytən Səfərova arasında qaldığını, sonra isə aparıcını çıxaracağını vurğulayıb. 

Lakin Zərgərli 63,12 faiz səslə şoudan əməkdar artist Rühəngiz Musəvini uzaqlaşdırıb. Müğənni maraqlı açıqlaması ilə də yadda qalıb. Roza bildirib ki, 2 gündür əməkdar artist ondan xahiş edib ki, onu çıxartsın və evə nəvəsini görməyə getsin.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...