Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hüseyn Roza Zərgərlini anası ilə bir tutdu: "Kişi kimi qadın eşitmişdim, amma..." - VİDEO

"Maşın" realiti-şousunun ötəngünkü buraxılışı da qalmaqalsız ötüşməyib.

Mynews.az bildirir ki, ötən gün Roza Zərgərli şoudan çıxmaq təhlükəsi ilə üz-üzə qalıb. Lakin o, səs toplayaraq şouya davam edib və Rühəngiz Musəvini çıxardıb.

Roza Zərgərli üçün tamaşaçılardan səs istəyən bloqer Hüseyn Əzizoğlu açıqlaması ilə diqqət çəkib. O, müğənni üçün tərif yağdırıb, bir növ ona dəstək olduğuna görə təşəkkür edib.

"Roza xanım həmişə bu şouda zəif olan insanların yanında olub. Mən bu şouya gələndə 17 iştirakçı elə baxırdı ki, elə bil meşəyə insan gəlib. Roza xanım mənim arxama keçib, bu yerə kimi məni apardı. Necə ki, bir ana öz övladını müdafiə edir. Mən kişi kimi qadın eşitmişdim, amma görməmişdim. Mən kişi kimi qadın anamı bilirdim, biri də Roza xanım oldu", - H. Əzizoğlu söyləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...