Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pərvindən Hüseynə sərt sözlər: - "Mən sənin kimi yubka altına girmirəm"

Hər gün olduğu kimi, bu gün də "Maşın" məşhurların qalmaqalı ilə yadda qalıb.

Mynews.az xəbər verir ki, səsverməyə çıxan Hüseyn Əzizoğlu hədəf kimi seçdiyi Pərvin Abıyeva ilə söz davasına çıxıb.

Hüseynin Pərvinə "Sənin 50-60 minlik səs göndərən dostların var, mənim isə 60 qəpiklik səs göndərən tamaşaçılarım" deməsi aktrisanı özündən çıxarıb.

O, Əzizoğluna cavab olaraq belə deyib:

"Sən nə bilirsən ki, mənim elə dostlarım var. Onlarla görüşəndə yanımızda olmusan? Günüm çox vaxt səninlə keçib, yanımda elə dost görmüsən? Uşaqsan, ağzının danışığını bil. Mənim 650 min izləyicim var və 2 gündür həmin izləyicilər sübut edirlər ki, mən bura lazımam. Millət isə sənin haqda deyir ki, Hüseyn Rozanın oğludur. Mən yox, sənin "maman"dı buradan hamını yola salan! Mən sənin kimi yubka altına girmirəm".

Bloger Pərninin bu sözlərindən sonra daha da əsəbiləşib və aktrisaya "Nə olsun, keçən dəfə də sən Kənan Mahmudovla bacı-qardaş idin" deyə cavab verib. 

Abıyevanın sözləri Rozanı da özündən çıxarıb və o, aktrisaya "Ayıb olsun" deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...