Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Samir Cəfərovun məmurla dalaşması xəbərinə prodüserdən REAKSİYA - Xəbərim yoxdur

Ölkə.az-da yayılan məlumata görə, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsindən sonra tutduğu vəzifədən istefa verib.

Bununla bağlı Milli.Az Gəncə Dövlət Filarmoniyasının konsertlərinin təşkilatçısı prodüser Tarix Əliyevlə (Tolik) əlaqə saxlayıb.

Tolik bu olaydan xəbərsiz olduğunu bildirib:

"Mənim xəbərim yoxdur. Mən də sizdən eşitdim. Mən orada sırf konsert təşkilatçısıyam. İşim konsertə bilet satışı, kassaya nəzarət deyil. Ona görə də xəbərsizəm bu işlərdən. Konsertdən-konsertə Gəncəyə gedirəm".

Məlumatda Cəfərovun şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün məmurla mübahisə etdiyi və onun tərəfindən xoşagəlməz sözlər eşitdiyi qeyd edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...