Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Roza Hüseynə "Əlini maşından çək " deyib stəkan atdı - VİDEO

"Xanımlar və cənablar 2" devizi altında yayımlanan “Maşın” şou sona çatıb və qalib müəyyən olunub.

Mynews.az-ın məlumatına görə, verilişin aparıcısı, xalq artisti Murad Dadaşov qalibin adının rəsmi olaraq sabah açıqlanacağını bildirib. 

Qeyd edək ki, finala reper Uran, bloqqer Hüseyn Əzizoğlu, müğənni Roza Zərgərli qalmışdı. Ötən gün maşından ilk olaraq əlini Uran götürüb.

O, səhhəti imkan vermədiyi üçün oyunu tərk edib. 

Bu gecə isə maşın ətrafında qalan Hüseyn və Roza arasında mübahisə düşüb. İfaçı bloggerə "Demişdin ki, sənə görə əlimi çəkərəm. Səni bura kimi mən gətirmişəm. Abbasdan, Güneldən xəbərləri mənə çatdırırdin" deyib.

Cavabında isə Hüseyn "And içməmişdim. Çəkmirəm əlimi. Ölənə kimi dayanacam burada" deyərək Rozanı əsəbiləşdirib. Bloqqerin gecə boyu mahnı oxuması müğənnini özündən çıxarıb. O, Əzizoğluna stəkan, meyvə atıb.

Qeyd edək ki, mayın 29-dan yayımlanan "Maşın" realiti-şousu sabah konsert proqramı ilə başa çatacaq və qalibə maşının açarları təqdim olunacaq. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...