Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Maşın"ın qalibi Roza oldu, avtomobildən imtina etdi - VİDEO

"Maşın" realiti şousunun 16-cı buraxılışı da başa çatıb. 

Mynews.az-ın məlumatına görə, 17 gündür 18 iştirakçı "Nissan" markalı avtomobil uğrunda mübarizə aparıb. Finala isə müğənni Roza Zərgərli, reper Uran və bloqqer Hüseyn Əzizoğlu qalıb. 

Üçlüyü ilk tərk edən Uran olub. Sonda isə Roza və Hüseyn arasında dava olub. Hüseyn əsəbiləşərək maşından əlini götürüb. 

H.Əzizoğlu "Roza çox təsir göstərdi. Həm də fiziki təsir etdi. Əlimi çəkməyim də buna görə oldu" deyə, açıqlamasında bildirib. Aparıcı Murad Dadaşov qalibin Roza Zərgərli olduğunu elan edib. 

R.Zərgərli əsl məqsədinin qazanmaq olduğunu bildirib və avtomobildən imtina edib. O, "4 ildir maşın sürmürəm. Bu maşını xeyriyyə işinə sərf edin və ya kiməsə verin" deyib. 

Dadaşov isə "Şərtimiz budur ki, qalib avtomobili 1 il sata, heç yerə istifadə edə bilməz. İndi nə edəcəyimizi bilmirik. İlk dəfə insan avtomobil qazanıb, onu götürmür" açıqlamasını verib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...