Günaydan həmkarlarına cavab - VİDEO
Müğənni Günay İbrahimli “ATV maqazin onlarla”ya müsahibə verib.
Mynews.az xəbər verir ki, Günay müğənni Xatirə İslamın onun haqda irəli sürdüyü iddiadan xəbərsiz olduğunu deyib:
“Xatirə qeyd edib ki, heç kimin köməkçisi məni yığa bilməz. Onlar da insandırlar. Xuraman Şuşalının anasının yası üçün mən niyə Xatirəni yığım ki? Xuramana zəng edərəm. Bacıdırlar, yoxsa qonşudurlar? Elə olub ki, Xatirə özü zəng edib mənim prodüserimlə danışıb. Bir hadisə baş verəndə mən həmin insana zəng edirəm, ya da onun ən yaxınına. Xatirəyə demək istəyirəm ki, bu vəziyyətdən xəbərsizəm. Demirəm Xatirə günahkardır. Bəlkə kimsə mənim adımdan istifadə edib”.
İfaçı əməkdar artist Elza Seyidcahanın fikirlərini də cavabsız qoymayıb:
"Mən Elza xanımın xətrini çox istəyirəm. Sadəcə olaraq mənim geyimlərim haqda danışıb. Mənim elə geyimim var ki, rahatdırsa 5-10 dəfə geyinə bilərəm. Camaat mənim səhifəmə baxıb geyinir, mən heç kimi səhifəsinə baxıb geyinmirəm".
Günay, həmkarı Samir Cavadzadənin onu təkrarçılıqda ittiham etməsinə də biganə qalmayıb:
"Samirə məsləhət görərdim ki, tənbəlliyin daşını atıb bir az iş görsün. O cür sənətin var, səndə olan səs heç kimdə yoxdur. Məndə bir-birinə oxşasa da mahnılarım, yenə də işləyirəm ".
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 953 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 911 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 902 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 901 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 598 dəfə oxunub