Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Eurovision”un əlil iştirakçısı: Həkim səhvi ucbatından belə olmuşam - FOTOLAR

Xəbər verdiyimiz kimi, Rusiyanı “Eurovision - 2017”-də əlil müğənni Yuliya Samoylova təmsil edəcək.

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı sənətçi yarışma barədə müsahibə verib.

“Çox xoşbəxtəm, həmçinin şokdayam. Bunun həqiqət olduğuna inana bilmirəm”, - deyə ifaçı bildirib.

Yuliya deyib ki, oxuduğu “Layt” adlı mahnını sevgilisinə həsr edib:

“Uzun illərdir ki, Aleksey Taranla bir aradayıq. Mahnı da öz taleyim, bu yerə çatana kimi çəkdiyim əziyyətlərdən bəhs edir. Bu mahnını da sevgilimə həsr edəcəyəm”.

1-ci qrup əlil olan Samoylova həkimlərin səhvi ucbatından əlil arabasına məhkum olduğunu söyləyib:

“Uşaqlıqda həkim səhvi ucbatından belə olmuşam. 1 yaşım var idi, həkimlər peyvənd vurdular, nəticəsi belə oldu. Ailəm heç vaxt məndən utanmayıb. Yaxınlarımız valideynlərimə deyirdi ki, növbəti övlad dünyaya gətirin, gəncsiniz.

Ancaq onlar inadkar oldular, məndən başqa uşaq istəmədilər. Bu halıma görə heç vaxt üsyan etməmişəm. Yarışmaya hazırlaşanda mənə dedilər ki, sən səhnəlik deyilsən, araba sənə maneə olacaq. Belə səhnəyə çıxa bilməzsən”.

Qeyd edək ki, “Eurovision - 2017”-nin yarımfinalları 9-11 may tarixlərində, final isə mayın 13-də baş tutacaq.

 

 

 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...