"Nazəninin həyat yoldaşı məhkəmədə Təranə ilə intim əlaqədən danışıb"
Müğənnilər Təranə Qumralla Nazənin arasındakı növbəti məhkəmə prosesi baş tutub.
Mynews.az-ın məlumatına görə, prosesdə zərərçəkənlər Nazənin, həyat yoldaşı Məhəbbət Həsənov və prodüseri Pərviz Abbasov iştirak ediblər.
Zərəçəkənlərin vəkili “Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev saytımıza açıqlamasında məhkəmə prosesindən danışıb. O bildirib ki, təqsirləndirilən Təranə Qumral da məhkəməyə gəlib:
“Məhkəmədə yenə də hər iki tərəf iştirak edib. Təranə Qumral hakimə açıq-aşkar bildirib ki, məhkəmə qərarını icra etməyəcək. Hakim isə ona bu halda veriləcək ağır cəzadan bəhs edib. Bu halda Təranəni 3 il həbs gözləyir. Başqa bir cəzadan söz belə gedə bilməz.
Zərəçəkmiş Məhəbbət Həsənov məhkəmədə Təranə Qumralla aralarında olan intim əlaqədən danışıb, hətta görüşdükləri kafenin ünvanını, vaxtları deyib. Qarşı tərəf bu iddiaları rədd edib, etirazını bildirib. Məhkəmə bir neçə prosesdən sonra yekunlaşmalıdır. Növbəti iclas isə iyunun 25-nə təyin edilib”.
Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.
Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1117 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1104 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1104 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1100 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 996 dəfə oxunub