Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abbas gəldi, Zamiq məkandan getdi - FOTOLAR

Uzun müddətdir küsülü olan əməkdar artist Abbas Bağırov və müğənni Zamiq Hüseynov eyni tədbirdə üz-üzə gəliblər.

Mynews.az-ın məlumatına görə, onları bir araya xalq artisti Brilliant Dadaşova gətirib.

Zamiq təqdimata birinci gəlib. Bir az keçdikdən sonra təqdimata Abbas qatılıb. Onlar zalda bir-birindən aralı oturublar. Bir az keçdikdən sonra isə Zamiq zalı tərk edib.

A.Bağırova bununla bağlı sual ünvanlananda isə o cavab vermək istəmədiyini söyləyib.

Qeyd edək ki, Abbasla Zamiq arasındakı küsülülüyə səbəb müğənninin əməkdar artistin ad gününə getməməsi olub. A.Bağırov “Ad günümə dəvət etdim, mikrofonla Zamiqi çağırdım, gördüm yoxdur. “5 dəqiqəyə gəlirəm” deyə-deyə çıxıb gedib. Yəni, bu cür hörmətsizliyi ilk dəfə deyil ki, ondan görürəm” deyə, söyləmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...