Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazilə Səfərlinin qardaşı arvadı: "İntihar edəcəm" - VİDEO

Xəbər verdiyimiz kimi, şairə Nazilə Səfərli ilə qardaşının keçmiş arvadı Pərvanə arasındakı qalmaqal böyüyüb.

Mynews.az-ın məlumatına görə, Pərvanə sosial şəbəkədə intihar edəcəyi ilə bağlı video paylaşıb:

“Mənə kömək edin. Nazilə Səfərli və ailəsi məni yaşamağa qoymur. Uşaqlarımla qalmışam anamın evində. Uşağım xəstədir, həkimə aparıb gətirə bilmirəm. Hər gün evimə polis göndərirlər. Nazilənin səs yazıları var əlimdə. Səsi “Səni axtarıram" verilişinə də vermişəm. Həyatım təhlükədədir. Yaşamağa imkan vermirlər. 

Nazilə, sən və ailən məni rahat buraxın. Məni məcbur etməyin ki, intihar edim. Məndən əl çəkin, imkan verin, uşaqlarımla yaşayım. Mənim başıma bir hadisə gəlsə, bunun səbəbkarı siz olacaqsız. Rahat buraxın məni”.

Qeyd edək ki, Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə Xoşqədəm Hidayətqızının verilişində şairənin ailəsi haqda qalmaqallı açıqlamalar verib. O, 3 illik həyat yoldaşından boşanmasında baldızlarının və qayınanasının əli olduğunu söyləyib. Pərvanə Nazilə Səfərlidən kömək istədiyini, ama heç bir yardım görmədiyini bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...