Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

At Hacı Nuranın yanına necə gətirilib? - Nazirlikdən açıqlama - VİDEO

Teleaparıcı, "Həyat" Fondunun rəhbəri Hacı Nuran Hüseynovun xəstəxanaya yerləşdirilməsi, daha sonra şou biznes nümayəndələrinin kütləvi şəkildə onu ziyarət edərək, şəkilləri sosial şəbəkələrdə paylaşması birmənalı qarşılanmadı. Son olaraq onun yatdığı palataya sürpriz olaraq Poni cinsli at gətirilməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu. Bu hadisə eyni zamanda Hacı Nuranın müalicə olunduğu "Ege Hospital"ın fəaliyyətini də gündəmə gətirdi.

Hacı Nuranın müalicə müddətində palataya at gətirilməsi tibbi norma və xəstəxana qaydalarını pozulması deməkdir. Ümumiyyətlə, hospitala heyvanın daxil olması gigyenik-sanitar nəzarətə uyğun deyil. Bu həm də xəstəxanada müalicə alan digər xəstələrin hüquqlarının kobud şəkildə pozulmasıdır.

Nazirliyin mövqeyi

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə məsələ ilə bağlı femida.az-a açıqlama verib:

"Tibb Müəssisəsinə at da daxil olmaqla hər hansı heyvanın gətirilməsi gigiyenik cəhətdən düzgün deyil. Lakin burada özəl klinikadan söhbət gedir və Səhiyyə Nazirliyi bu məsələni yalnız şikayət olduğu halda araşdırır. Hazırkı durumda nazirliyin məsələ ilə bağlı hər hansı göstəriş verməsi gözlənilən deyil. Belə hallarda tibb müəssisəsi özü məsuliyyətli olmalı, gigiyenik və epidemolji normaları gözləməlidir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...