Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aydın Xırdalanlı: Mənimlə nə işiniz var? - VİDEO

ARB TV-nin “Səhər-Səhər” kollektivi növbəti dəfə meyxanaçı Aydın Xırdalanlını ziyarət edib.

Mynews.az xəbər verir ki, meyxanaçı hər yerdə çox arıqladığını və tanınmaz hala gəldiyini yazanlara etirazını bildirib:   

“Kökəldim, hətta bağışlayın məni, toyda nə otura, nə nəfəs ala bilmirdim, sıxılırdım. İndi şükür Allaha ki, rahat nəfəs ala bilirəm. 

Qoy oturmuşuq da, nə işiniz var mənimlə? Adətən, 67-77 kiloqram arasında olmuşam. Dişlərim xarab oldu, mən də o damağı taxa bilmədiyim üçün, açığı, yemədən həvəsdən düşürəm. Diş əkdirməyi düşünürəm.

Xahiş edirəm, çox dərinə getməyin. Mən gündəlik şəxsi həyatımda nə edirəm, nə etmirəm. Uzatmayın... Bu mənim şəxsi həyatımdır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...