Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təranə Qumral: Nazənin pul verib məni həbs etdirmək istəyir

Təranə Qumral ilə Nazənin arasındakı konflikt yeni mərhələyə qədəm qoyub.

Mynews.az xəbər verir ki, Nazəninin dünən Təranə Qumral haqda verdiyi açıqlamada ikinci tərəfin onu ölümlə hədələdiyini deyib. 

Daha sonra müğənni Nazənin Təranə Qumralın onu nömrəsiz maşınlarla təqib etdirdiyini, tanımadığı nömrələrdən zənglərlə qorxutduğunu bildirib.

Təranə Qumralın saytımıza verdiyi açıqlamada isə bunları konkret olaraq şər-böhtan adlandırıb: 

“Belə yazıları yazdırmaqla məni xalqa cani kimi təqdim etdirmək istəyirlər. Onlar bunu məqsədli şəkildə edir. Onların vəkili həm də media ilə işləyir və onlara bu cür xəbərlər ötürür. Məqsədləri məhkəmədə olan işimi bir az da ağırlaşdırmaqdır. Çünki qarşı tərəf həmişə pulunun çoxluğunu, yüksək təbəqələrdə olan adamlarının adlarını vurğulayaraq məni qorxutmaq istəyir.

Dəfələrlə pul basıb məni həbs etdirəcəkləri ilə bağlı hədə-qorxu gəlib. Bizim dövlətimiz çox humanistdir. Bundan qəzəblənərək mənə digər yollarla basqı edirlər. 

Nazənin deyir ki, məni nömrəsiz maşınlar izləyir. Axı, bu absurd fikirdir. Bir işıqfordan digərinə nömrəsiz avtomobillə hərəkət etmək qeyri-mümkündür. Çünki hər yerdə kamera var. Əgər belə bir şey varsa, şikayət etsinlər. Qanun qarşısında da həmin adamlar cavab versin. Bəlkə var elə adamlar.

Nazəninin başqa düşmənləri ola bilər, amma məndən şübhələnə bilər. Bu cür qanunların olduğu ölkədə bu dedikləri şeylər boşdur. Bu sözləri ilə qanunların olmadığını bildirirlər. Bilmirəm nə demək istəyirlər. Kiminsə arxası ilə maşın salmaq, zəng elətdirmək mənlik deyil. Belə şeyləri onlar bacarır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...