Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Müğənnilər toylarda dilənirlər" - Vasif Məhərrəmli - VİDEO

“Müğənnilər var ki, toylarda dilənirlər. Heç kim deyə bilməz ki, Vasif toyda stollardan pul alıb”.

Mynews.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Vasif Məhərrəmli “5/5” verilişində deyib. O, aparıcı Zaur Kamalın toyda çox yığması ilə bağlı suallarına sərt cavab verib:

“Yeganə müğənniyəm ki, hər zaman kostyumlarımın cibi bağlı olub. Gözütox insanam. Ruzimi verən Allahdır. Sənətim, ailəm, atam, anam var. Allah mənə bu sənəti verib. Beşindən pis, 15-dən yaxşı oxuyuram. 

İşləyirəm, toylara gedirəm və qazanıram. Küçədə 40-42 dərəcə isti var, amma iş başındayıq. Şabaş vermək artıq yoxdur. Bu yaxınlarda yahudi birinin toyunda oldum. Orada yığışıb qənaətə gəliblər ki, yığışdırılsın pul atılmasını”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...