Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"100 saatdan çox narkoz almışam" - Aygün Kazımova

Xalq artisti Aygün Kazımova "V element" verilişinin mövsüm finalının qonağı olub. 

Mynews.az-ın məlumatına görə, müğənni formada qalmağından danışıb. Kazımova bildirib ki, son günlər arıq qalmasına səbəb pəhrizdir:

"Axşam 11-də yatıram, səhər 6-da dururam. Yeməyimə xüsusi diqqət edirəm. Çörəkdən illərdir imtina etmişəm. Qida rasionumdan çox şeyi çıxarmışam. Çoxlu su içirəm. Susuz qala bilmərəm".

A.Kazımova plastik əməliyyatlarından da danışıb. Müğənni saysız-hesabsız estetik etdirdiyini söyləyib:

"Plastik əməliyyat çox dəbdədir, kişilər də istifadə edir. Plastik əməliyyatlar çox etdirmişəm. Amma bu gün belə qalmağımın səbəbi plastik əməliyyat deyil. Yaxşı formada qalmışam, enerjiliyəm. Plastik əməliyyatlar insana enerji vermir. Əslində, narkoz insanın səhhətində mənfi təsir göstərir. 100 saatdan çox narkoz almışam. Həmçinin genetika da böyük rol oynayır".

 

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...