Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Röya yazdı ki, məni müzakirə etməyin" - Afaq - VİDEO

"Milyonların sevimlisi ifadəsi bizim maqazin verilişində səslənib Röyanın ünvanına. Bir çoxları da bu adla müraciət edir və mən hər dəfə bunu deyirəm. Münasibət çox gözəldir. Afaqla Röya dostdur".

Mynews.az-ın məlumatına görə, bu sözləri aparıcı Afaq Gəncəli "ATV maqazin onlarla" verilişində deyib. Proqramın "Hit-parad" rubrikasının növbəti qonağı aparıcı özü olub. O, günlərdir gündəmdə olan əməkdar artist Röya Ayxanla aralarındakı söz-söhbətdən danışıb.

Afaq bildirib ki, Röyanı verilişdə verməsələr də, onunla küsülü deyillər:

"İlk dəfədir ki, neçə aylardan sonra Röyanın adı bu verilişdə səslənir. Toylarda, tədbirlərdə Röyanı görürəm. Görüşürük, öpüşürük, danışırıq, səhnədə təqdim edirəm. Məcburən yox. O ki qaldı verilişə... İki-üç aydır ki belədir. Amma qadağa olmayıb. Hörmətli jurnalistlər, arada olan insanlar, hər kəsə hörmətlə yanaşıram. Aylardır bu söhbətlər gedir. Elə məqamlar var ki, heç mən onlara toxunmaq istəmirəm, Röya mənimlə bərabər idi. İndi mən deyim ki, Röyaya qadağa qoyuram, yaxud Röya mənə qadağa qoyur? 

Hər şey İradə İbrahimovadan başladı. Fikrini bildirdi. O fikir bildirdisə, biz böyük hörmətlə Röyadan da fikrini ala bilərdik. İstəmədi və çox nəzakətlə, isti münasibətlə mənə səs göndərdi. Dedi ki: “Salam Afaq. Səndən xahiş edirəm. Mən özümü maqazində görmək istəmirəm. Mənim nə yaxşımı, nə pisimi verməyin. Heç nə istəmirəm. Mən orada görsənməyim”. Mən də dedim ki, baş üstə. Ürəyin nə vaxt istəyir, nə vaxt zəng etdin, qapımı döydün fərqi yoxdur. De ki, Afaq, mənim bu işim var. Qadağa nədir? Qadağa sənəd üzərində olur, vəkillər tərəfindən təsdiq edilən sənəddir. Bu qadağa fikrini yaradanlar arada olanlardır. Əkən də yox, yeyən də yox, biçən də ortaq qardaş? Röya istəmir müzakirə olunmaq. Xumar Qədimova da, Faiq Ağayev də istəmir. Son zamanlar Tünzalə Ağayeva da istəmədi. Deyir istəmirəm, mən də hörmətlə yanaşıram. Bu o deməkdir ki, mənə qadağa qoydu?".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...