Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Masaj salonunda çılpaq FOTOsu yayılan azərbaycanlı müğənni: Zövq ala bilsinlər

Ötən gün sosial şəbəkə hesabında masaj salonunda çəkilmiş çılpaq fotosunu paylaşan Afaq Aslan yenidən gündəmi zəbt edib.

Mynews.az xəbər verir ki, müğənni Milli.Az -a sözügedən paylaşmı ilə bağlı geniş açıqlama verib:

"Mənim, ümumiyyətlə, açıqlamalarım, paylaşdığım şəkillər hər biri, düzdür, gündəmə çevrilir, amma mən bütün bunları gündəm olsun deyə paylaşmıram. Sadəcə olaraq, gozəllik aşiqiyəm, gözəllik vurğuyunam. Ələlxüsus da hər bir gözəllikdə qüsursuzluq axtaran bir insanam. Ona görə də qüsurlarımı bilirəm, vucudumdakı qüsurları çalışıram aradan qaldıram. Niyə axı bizim insanlar qüsursuzluqla pozğunluğu, tərbiyəsizliyi qarışdırırlar, anlamıram. Amma mən özümü iddialı, özünə güvənən və sözünün kəsəri olan bir xanımam. Ona görə də insanların mənə qarşı olan reaksiyası, aqressiyası umrumda belə deyil. Qadınlarımıza tövsiyəm, klaviatura arxasında əyləşib, öz aqressiyalarını rəylərə tökməkdənsə dəyərli zamanlarını gözəlləşməyə həsr etsinlər".

- Sosial şəbəkə bu gün daha aktual informasiya vasitəsidir. İnternetdə çılpaq şəkillərini yayan Afaq efirə də o vəziyyətdə çıxar?

- Efirə elə geyim geyinib, geyinməməyimə... Baxın, mən ali savadlı xanımam. Mən gözəl bilirəm xeyirdə nə geyinmək, şərdə nə geyinmək, çimərliyə nə geyinmək, masaj zamanı nə geyinmək, efirə nə geyinmək, harda nə danışmaq, harda necə oturmaq lazımdır. Hər yeməyin öz dadı olduğu kimi hər məkanın da öz geyimi var. 

Vulqarlıq başqa şeydir, ekzotika başqa bir şeydir. Çılpaqlığı da insanlara elə təqdim etmək lazımdır ki, insanlar o çılpaqlıqdan zövq ala bilsin, iyrənməsin. Ona görə də həyatda hər bir şeydə yalnız və yalnız gözəllik aramaq, baxdığın hər bir şeydən və gördüyüm hər bir işdən zövq ala bilirsənsə, niyə də gözəllikləri insanlarla paylaşmayasan axı (gülür).

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...