Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Həyat yoldaşı" ilə fotosunu paylaşan Damla gəlinlik geyindi - FOTO

Bir neçə gün əvvəl gənc aktyor və teleaparıcı Rüfət Nazarla fotosunu paylaşaraq üzərinə, "dərd ortağım, həyat yoldaşım Rüfət Nazar" şərhini yazan Müğənni Damla bu dəfə gəlinlik libasında şəklini paylaşıb.

Mynews.az xəbər verir ki, müğənni görüntünün üzərinə, "Ümid, Damla, gəlinlik, ailə" sözlərini əlavə edib. İzləyicilər isə müğənninin ailə qurmağa hazırlaşdığını qeyd ediblər. 

Əlavə edək ki, Damla aktyorla fotosunu paylaşdıqdan sonra şərh bölümünü bağlasa da, aktyor bunun gerçək və ya klip, film çəkilişi olması ilə bağlı sualları cavablandırmaqdan boyun qaçırıb və "hər kəs yaxında hər şeyi biləcək" şərhini yazıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...