Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Çəkdiyim əziyyətləri övladlarıma rəva görmürəm” - VİDEO

Müğənni Elnarə Xəlilova övladları haqda bir neçə sualı cavablandırıb.

Mynews.az-ın məlumatına görə, ifaçı övladlarının da musiqi ilə məşğul olması barədə suala belə cavab verib:

“Övladlarımın mənim yolumu davam etdirmələrini istəmirəm. Əslində çox istedadlıdırlar. Eynən valideynlərinə bənzəyiblər. Onların peşəkar musiqi ilə məşğul olmalarını istəmirəm. Amma görsəm ki, böyük fitri istedadın qarşısını alıram, əlbəttə ki, dəstək olaram. Çəkdiyim əziyyətləri övladlarıma rəva görmürəm”. 

Qeyd edək ki, jurnalist Rövşən Cahangirovla ailə quran Elnarənin dörd övladı var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...