Canlı efirdə Toliklə Dövlət Yol Polisi İdarəsi arasında gərginlik - "Get işinlə məşğul ol" - VİDEO
"Xəzər TV"-də yayımlanan "Hər şey daxil" verilişində "Ay yay yay" serialının baş rol ifaçıları qonaq olub.
Serialdan parçaları izlədikdən sonra aparıcı Tarix Əliyev müğənni Orxan Babazadəyə iradını bildirib.
Tolik qeyd edib ki, Orxan avtomobil idarə edərkən təhlükəsizlik kəmərini taxmağı unudub və onu 40 AZN cərimə etmək lazımdır.
Bu səbəbdən Tolik verilişin redaktorundan xahiş edib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovu canlı efirə bağlasınlar.
Bir neçə dəqiqədən sonra Tolikə məlumat verilib ki, idarə ilə əlaqə saxlanılıb və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovu əvəz edən Rasim Abdullayev onlara "gedin işinizlə məşğul olun" deyib.
Tolik isə cavabında bunları deyib:
"Əslində, bu bizim işimizdir. Mən gündəlik olaraq, 2 saat canlı efir aparıram və insanları maarifləndirirəm. Bəli, biz işimizlə məşğul olmalıyıqdıqsa, siz bunu görməmisiniz, bu da sizin işinizdir. Rasim müəllim, ola bilər ki, səhərdir, yuxudan gec durmusunuz, amma sizin heç bir səlahiyyətiniz, ixtiyarınız yoxdur ki, hər hansısa bir vətəndaş sizin nömrənizi tapıb zəng vurursa, ona "get işinlə məşğul ol" deyəsən. Bir vətəndaş olaraq, biz bu cəmiyyəti qorumalıyıq, millətin hər bir problemini həll etməyə çalışmalıyıq və dövlətimizə bunda kömək etməliyik. /// baku.ws
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 930 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 921 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 920 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 918 dəfə oxunub