Üzeyirin London küçələrində səslənən mahnısı - VİDEO
“BBC Azərbaycan”ın müxbiri Vüsal Həmzəyev London küçələrində gəzinti zamanı İngiltərənin paytaxtında müğənni Üzeyir Mehdizadəninmahnılarına qulaq asıldığının şahidi olub.
Mynews.az xəbər verir ki, Həmzəyevin təqdim etdiyi videoda yer alan türkiyəli London rikşaçıları (red. – kiçik ikitəkərli arabaya qoşulub minik və yük aparan adam) böyük həvəslə Üzeyir Mehdizadəni dinlədiyini bildirir.
“Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Londonda Azərbaycan musiqisi sədaları altında gəzintiyə çıxaram”, - deyə Həmzəyev söyləyib.
“Sevdiyim bir neçə Azərbaycan mahnısı var. “Çırpınırdı Qara dəniz” və “Yaxşı olar” mahnısını çox sevirəm”, - deyə türkiyəli rikşa bildirib.
Qeyd edək ki, azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnıları uzun müddətdir ki, Azərbaycan cəmiyyətini iki yerə parçalayıb.
Belə ki, bir qrup onun mahnılarının bayağı olduğunu desə də, digərləri xaricdə yaşayan azərbaycanlılar, eləcə də, əcnəbilərin Mehdizadəyə qulaq asdığını əsas gətirərək, ona sevgi və rəğbətlərini ifadə edirlər.
Mübahisələr kifayət qədər gərgin şəraitdə keçsə də, etiraf etmək lazımdır ki, cəmiyyət tərəfindən, həqiqətən də, Mehdizadənin yaradıcılığına böyük maraq müşahidə olunur.
Onu da əlavə edək ki, Üzeyir Mehdizadənin London küçələrində səslənən “Yaxşı olar” mahnısının klipi və klipsiz versiyası “YouTube”də 73 milyondan çox izlənmə sayı toplayıb.
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 929 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 920 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 919 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 917 dəfə oxunub