Röya və Brilliant illər sonra Aygün Kazımova ilə barışdı - FOTO - VİDEO
İllərdir küsülü olan Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşovavə Əməkdar artist Röya Ayxan barışıb.
Mynews.az-ın əldə etdiyi məlumata görə, barışıq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert zamanı baş verib.
“Crystall Hall”da baş tutan konsertdə kulislərində olan ifaçılar gündüz saat 15:00 radələrindən məkana gəlib.
Barışma prosesi isə Brilliant Dadaşovanın Röyanın otağına gəlməsindən sonra baş tutub.
Belə ki, Xalq artisti otağa gələrək Röyanın kulisindən içki istəyib. Sonra sözarası bildirib ki, içki özünə yox, Aygün Kazımovaya lazımdır.
Röya isə onun bu sözündən sonra Kazımovanı otağına dəvət edərək, onlarla birgə əyləşməyi təklif edib.
Aygün isə Röyanın dəvətini geri çevirməyib və onun otağına gəlib. Birlikdə xeyli vaxt keçirən sənətçilər söhbət edib və əyləniblər.
Brilliant Dadaşovanın isə Aygün Kazımova ilə necə barışması məlum deyil.
Qeyd edək ki, Röya və Aygün 2012-ci ildə aparıcı Kamilə Babayevanıntoyunda dalaşıb. Ondan sonra tərəflər mətbuatda və efirdə bir-birinin ünvanın xoş sözlər desələr də, barışıq baş tutmayıb.
Dadaşova və Kazımovanın münasibətləri isə Röya və Aygünün “Kral Müzik Ödülleri”ndə namizəd olub, qalib ola bilməməsindən sonra korlanmışdı.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 926 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 907 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 598 dəfə oxunub