Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Səməd dedi ki, Sevda yaşlanıb, cavan adam istəyirəm"

Rejissor Nail Naiboğlunun “Stop” layihəsinin növbəti qonağı Sevda Əliqızı olub.

Mynews.az-ın məlumatına görə, ifaçı keçmiş duet ortağı xalq artisti Səməd Səmədovdan gileylənib. O bildirib ki, Səmədə görə müğənni Bəsti Sevdiyeva ilə münasibətləri korlanıb:

“Rühəngiz Allahverdiyeva Səmədlə ayrılandan sonra Bəsti gəldi. Oldular düşmən. Mən gələndən sonra isə Bəsti mədən üz çevirdi, qısqanclıq yarandı. Səmədlə başqa bir münasibətimiz oldu və ayrıldıq. 15 il birlikdə nə qədər iş gördük. Səməd haqqımda dedi ki, Sevda yaşlanıb, cavan adam istəyirəm. Bu da aramızda qalmaqal yaratdı. Daha sonra isə mənə xəbər göndərdi ki, otursun evdə, ona pul göndərərəm. Mən qocayam, dilənçiyəm, pensiyaya çıxmışam, nəyəm? Çox əsəbi oldum, səhəri yazdım ki, hər  ay gətir min manat ver. Başladılar hər yerə yaydılar ki, Sevda reketdir”.

Sevda efirlərdə az-az görünməyinin səbəbini açıqlayıb:

“Mən də istəyirəm tez-tez efirə çıxım. Bir neçə dəfə özüm müraciət etmişəm. Deyiblər, çağiracağıq, amma etməyiblər. İkinci dəfə zəng vuranda deyiblər ki, pul ödəməlisən. Axı mən efirə dünən çıxmamışam, 38 ildir səhnədəyəm”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...