Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bəzi çaqqal-çuqqallar boş-boş danışırdılar" - Kamil Zeynallı İnstagram-a qayıtdı-FOTO

İdmançı Kamil Zeynallı İnstagram-dakı profilini bərpa edib.

Jurnalistlərlə qalmaqallarına görə profilindən şikayətlər edilən K.Zeynallı İnstagram-ın texniki xidmətinin cəzasına məruz qalmışdı. Onun bu şəbəkədəki profili qapadılmışdı.

K.Zeynallı profilini bərpa edərək qadağanı aradan qaldıra bilib.

O, dünən İnstagram-dakı profilində yazıb:

 

"Salam, dostlar! Məni yenidən gəldim. Xoş gəldim, səfa gətirdim. Bayramınızı təbrik edirəm. Hər kəsə gözəl bayramlar. Mənimçün darıxan dostlarıma salam olsun. Nə oldu, mənim səhifəmi bağlamışdılar?! Bəzi çaqqal-çuqqallar boş-boş danışırdılar. İçi özümüzükülər və qıraqdakılar da sevinirdilər ki, Kamilin səhifəsi bağlanıb. İndi gedin rədd olun, səviyyəsizlər. Sözlərim var e hələ..."

Xatırladaq ki, Xətai Rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə jurnalist Əfruzə Ağayevanın K.Zeynallıya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edir. K.Zeynallı jurnalist Ə.Ağayevanı sosial şəbəkələr və saytlar vasitəsilə təhqir edib. Buna görə də Ə.Ağayeva məhkəməyə müraciət edərək K.Zeynallının ondan üzr istəməsini və dəymiş mənəvi ziyana görə 50 min manat tələb edib.

"Bəzi çaqqal-çuqqallar boş-boş danışırdılar" - Kamil Zeynallı İnstagram-a qayıtdı - FOTO

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...