Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mətanətə görə dostluğunu pozdu

Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Hər şey daxil” proqramında rəqqasə Fatimə Fətəliyeva ilə dostluğunu pozduğunu deyib.

Mynews.az-ın məlumatına görə, o bildirib ki, Fatimə ötən gün aparıcılıq etdiyi proqramında Mətanət Əsədova haqda danışan Sərxan Kərəmoğlunususdurmayıb:

“Bu gün Fatimə ilə dostluğumu dondururam. Çünki o, bir neçə saat öncə müdafiə etdiyi halda, pul verib aparıcılıq etdiyi proqramda Mətanəti müdafiə etmədi. Nə vaxt ki, aparıcılıq etdiyi verilişdə söz demə haqqı olacaq, onda onunla dostluğumu bərpa edəcəyəm”.

Qeyd edək ki, Fatimə Fətəliyeva dünəndən etibarən “Lider” TV-də yayımlanan “Xoş gəldiniz” verilişində Aşıq Namiq Fərhadoğlu və Sərxan Kərəmoğlu ilə aparıcılıq edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...