Fatimədən verilişə pul ödəməsi iddiasına cavab
Rəqqasə Fatimə Fətəliyeva prodüser Tarix Əliyevin (Tolik) iddialarına cavab verib.
Mynews.az-ın məlumatına görə, Tolik “Lider”də aparıcılığa başlayan rəqqasənin ora pul ödədiyini deyib.
Sənətçi bildirib ki, prodüserin iddiaları yalandır:
“Xeyr, belə bir şey yoxdur. O verilişə sponsor gətirmişəm. İllərdir müştərisi olduğum estetik klinikaya dedim ki, veriliş aparacam, sponsor olmaq istəyərsiniz? Onlar da razılaşdı. Verilişimə sponsor gətirməyim normal haldır. Hətta mənim sahibi olduğum "Banu" salonu da onlara təşkilatçı dəstək olub. Pul vermək nədir? İndiyənə kimi heç bir verilişə pul verib çıxmamışam ki, rəqsimi göstərim. Mən ora 1 manat da ödəmirəm. Hətta maaş da alacam ordan”.
Qeyd edək ki, Fatimə Sərxan Kərəmoğlu ilə birlikdə "Xoş gəldin" verilişinə aparıcılıq edir. Ötən gün Sərxan kişilərlə içki məclisində videosu yayılan müğənni Mətanət Əsədovanı efir zamanı tənqid edib. Tolik isə həmin an orada olan Fatimənin Mətanəti müdafiə etməməsini qınayıb.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 956 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 927 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 917 dəfə oxunub