"Təranə Qumral məhkum olundu" - Məhkəmə bitdi
Müğənnilər Nazəninlə Təranə Qumral arasında uzun müddətdir davam edən məhkəmə prosesinin sonuncu iclası bu gün baş tutub.
Mynews.az-ın məlumatına görə, Nazəninin vəkili, “Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev Axşam.az-a açıqlamasında bildirib ki, Təranə məhkum edilib:
"Müğənni Təranə Qumralın əməlində cinayət tərkibinin olması bu gün Nərimanov rayon məhkəməsində sübuta yetirilib. Üç zərərçəkmiş şəxs sayılan Nazənin Salayeva, Məhəbbət Həsənov və Pərviz Abbasovdan müğənni üzr istəmədiyinə, eləcə də, onların barəsində dediyini təkzib etmədiyinə görə, məhkəmənin hökmü ilə məhkum olundu və 4000 manat cərimə ödəyəcək".
Vəkil bildirib ki, Nazənin qalib hesab edilsə də, qərarla razılaşmayıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcək.
Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.
Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 595 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 582 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 574 dəfə oxunub